Bayden ikinci dəfə prezident olmağa hazırlaşır

 11:36 21.11.2021     944

ABŞ Prezidenti Cozef Bayden 2024-cü ildə ikinci müddətə prezident olmağa hazırlaşır.

Redaktor.az  xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazıb.

"USA Today" və Suffolk Universiteti tərəfindən noyabrın əvvəlində dərc edilən sorğu göstərir ki, ABŞ seçicilərinin yalnız 38%-i Baydeni dəstəkləyir və əksəriyyəti onun ikinci müddətə prezident olmasına qarşıdır.

Bu, demokratların prezidentin yaşı ilə bağlı şübhələri, inflyasiya ilə bağlı narahatlıqlar və pandemiyanın öhdəsindən gəlmək üçün uğursuz cəhdlər fonunda baş verir.

Bir çox müşahidəçilər hesab edir ki, Demokratlar Partiyasının seçimi 57 yaşlı Kamala Harris ola bilər.