Putin Paşinyanla Qarabağı MÜZAKİRƏ ETDİ

 14:06 21.11.2021     433

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Redaktor.az  xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

“2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib. Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib", - məlumatda deyilir.

Qeyd edək ki, bu, tərəflər arasında həftə ərzində baş tutan sayca ikinci telefon danışığıdır.