Serj Sarkisyan korrupsiya ilə bağlı dindiriləcək

 12:19 22.11.2021     351

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan məlumat verib.

Vəkil Sarkisyanın dindirilmək üçün çağırılmasını absurd hesab edib və qeyd edib ki, iki il əvvəl Serj Sarkisyan şahid qismində dindirilib və indiyədək bu işlə bağlı yeni nəsə baş verməyib.

Xatırladaq ki, 2018-ci ilin noyabrında iş adamı Silva Hambardzumyan Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Srakisyanı rüşvət almaqda ittiham etmişdi.

 

Vumart və Güvən reklamı Vumart Güvən