Sarkisyan külli miqdarda rüşvət almaqda ittiham olunur

 22:41 22.11.2021     96

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı xüsusilə külli miqdarda rüşvət almaq ittihamı irəli sürülüb.

Redaktor.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

"Sarkisyan barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib", - Komitədən bildiriblər.

Qeyd edək ki, söhbət 2019-cu ildə müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bildirən qalmaqal ilə tanınan sahibkar Silva Ambarçumyanın işindən gedir.

Ambarçumyan daha əvvəllər vurğulayıb ki, Serj Sarkisyana rüşvət verməyib və onunla tanış olmayıb. 

Vəkil Amram Makinyan Sarkisyanın dindirilmək üçün çağırılmasını absurd hesab edib və qeyd edib ki, iki il əvvəl Serj Sarkisyan şahid qismində dindirilib və indiyədək bu işlə bağlı yeni nəsə baş verməyib.