"Zəngəzur dəhlizi olmayacaq" - Paşinyan

 00:41 24.11.2021     60

"Mehridən keçən kommunikasiyanın necə açılmasını yalnız Ermənistan həll edə bilər"

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan feysbukda canlı yayımda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Baş nazir qeyd edib ki, 10 noyabr bəyanatında “suveren dəhliz” formulu yoxdur:

“Bəyanatın mətnində “dəhliz” sözü yalnız Laçınla bağlı işlədilib, hansı ki, Rusiya sülhməramlılarının nəzarətindədir”.

Paşinyan kommunikasiyaların açılması məsələsinə də aydınlıq gətirib:

"11 yanvar bəyanatına uyğun olaraq yaradılan işçi qrupu ölkələrin ərazi suverenliyi çərçivəsində, paritet əsaslarla istifadəsi ilə bağlı ümumi müzakirə aparır. Başqa cür suverenlikdən necə danışmaq olar? Azərbaycan müəyyən edəcək ki, bizim ərazimizdən necə gəlib-keçəcək? “Zəngəzur dəhlizi” adını ortaya atıblar və deyirlər ki, verməsən, zorla alacağıq. Belə olmayacaq. Əgər biz hər şeyi güzəştə getmək və verməyə hazır olsaydıq, onda niyə bizə atəş açırdılar və hər tərəfdən bizə niyə aqressiya göstərirdilər ki?”, - deyə baş nazir bildirib.