“Sənədi etibarsız olan bələdiyyəyə nə ehtiyac var?” - Fazil Mustafa

 13:35 24.11.2021     416

Milli Məclis “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Redaktor.az xəbər verir ki, deputat Fazil Mustafa müzakirələr zamanı dəyişikliklərin əleyhinə çıxış edib. Millət vəkili həmçinin bələdiyyələrin fəaliyyətsizliyinə diqqət çəkib.

F.Mustafanın sözlərinə görə, vaxtilə Konstitusiyaya düzəlişlər ediləndə bələdiyyələrin Milli Məclisə hesabat verməsi barədə müddəa da əlavə edilib: “Hələ bir dəfə də olsun bir bələdiyyə Milli Məclisə hesabat verməyib. Ölü maddə kimi orda qalıb. Bir seçkili orqan digər seçkili orqana hesabat verə bilməz, bunu Konstitusiyadan çıxartmaq lazımdır”.

Deputat bildirib ki, vətəndaşların bələdiyyə sənədinə etibarı yoxdur. “Sənədi etibarsız olan bir yerli özünüidarə orqanına nə ehtiyac var?”, - F.Mustafa deyib.

Məlumat üçün bildirək ki, qanun layihəsi yerli əhəmiyyətli tikinti materialları bələdiyyə vergilərinin vergitutma obyekti siyahısından çıxarılır. Yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid olunur.

Vumart və Güvən reklamı Vumart Güvən