İbrahim Rəisi Türkmənistana səfər edəcək

 13:53 24.11.2021     83

İran Prezidenti İbrahim Rəisi Türkmənistana səfər edəcək.

Redaktor.az xəbər verir ki, İbrahim Rəisi noyabrın 27-də İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçiriləcək zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Aşqabadda Azərbaycan və İran Prezidentləri İlham Əliyev və İbrahim Rəisi arasında görüş keçiriləcəyini bəyan edib.