Gələn il Azərbaycanda referendum olacaq? - Zahid Oruc: "Bu, çox önəmlidir"

 11:03 27.11.2021     2337

Bir müddətdir sosial mediada 2022-ci ildə Azərbaycanda referendum keçiriləcəyinə dair məlumatlar yazılır. Xüsusilə, bu referendumla yeni idarəetmə formalarının yaradılacağı barədə fikirlər səsləndirilir. Bəs görəsən, bu nə dərəcədə realdır? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquaları komitəsinin sədri, deputat Zahid Oruc bildirib ki, Vətən müharibəsi Azərbaycanın bütün həyatında köklü dəyişikliklərə vəsilə oldu:
"Post-müharibə dövründə hüquq sisteminə, qanunvericilik məkanına, vətəndaş-məmur münasibətinə, hakimiyyət qollarının fəaliyyətinə və xalq qarşısında hesabatlılığa, yəni həyatımızın bütün sferalarına təsiri hiss edilir. Belə olan təqdirdə bir sıra sahələrdə mühüm və yeni addımlara ehtiyac yaranır. Lakin bunun məhz referendum vasitəsilə həyata keçirilməsi məsələsi yetərincə daha ağır və çətin milli vəzifə kimi ortadadır. Konstitusiya və qanunlarımız ötən on illər ərzində özünü tam doğruldub. Yəni Konstitusiya milli-etnik zəmində Azərbayucanın mənafelərinə zərbə vurmur. Bununla yanaşı bilirik ki, seçkilərin həyata keçirilməsinin formasının dəyişdirilməsi, parlament üzvlərinin sayının artırılması, ölkədə bölgə adlarının dəyişdirilməsi və onun fərqli bir inzibati strukturlara çevrilməsini, icra hakimiyyəti sistemləri ilə bağlı yeni addımların atılması təklif edilir. Bu mənada 40 mindən çox insanın imzasını aldıqda, referenduma gedilməsi müddəası mövcuddur".

Deputat bildirib ki, indiki  reallıqda bir sıra məsələləri qanunlarla təsdiq etməliyik:

"Bu istiqamətdə ciddi dəyişiklikər lazımdır. Hesab edirəm ki, milli təhülkəsizlik və hərbi doktrinamız regionda formalaşan yeni reallığa uyğunlaşmalıdır. Bu, çox önəmlidir. Çünki söhbət sahəvi sənəddən getmir və dövlətin təhlükəsizlik məkanı ilə bağlı həyata keçirmək istədiyi əsas kursu ehtiva edir. Oradakı prinsiplərin hər biri çox önəmli olub və bizi qələbəyə gətirib. Bununla yanaşı qəbul etməliyik ki, region ölkələrində təhlükəsizlik konsepsiyaları var və doktrinalarına dəyişikliklər edilib. Ona görə də tam hüquqi, siyasi idarəetmə məsələləri oratada olmadan referendum zərurətini irəli sürmək doğru olmaz".

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən