Rusiya XİN Soçi görüşündən gözləntiləri açıqladı

 15:20 26.11.2021     551

“Biz gözləyirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bizim gözləntimiz Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması ilə bağlıdır. Görüş 2020-ci il noyabrın 10-da imzlaanmış atəşkəs sazişinin nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır”, - nazir müavini vurğulayıb.

Diplomat bildirib ki, görüşün əsas məqsədlərindən biri də sərhədlərin müəyyənləşdirilməsi ilə bağlıdır:

"Dağlıq Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var. Bunlar həm nəqliyyat kommunikasiyalarının bloklanmasına həm də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına aiddir. Burada təəssüf ki, biz zaman-zaman müəyyən silahlı insidentlərin şahidi oluruq, hətta insanlar ölür".

Vumart və Güvən reklamı Vumart Güvən