İlham Əliyev Putinlə sülhməramlılardan danışdı

"Qeyd etməliyəm ki, rusiyalı sülhməramlı qüvvələrin ötən il noyabrın 10-dan fəaliyyətə başlamasından sonra bu il ərzində sülhməramlıların məsuliyyət zonasında ciddi insidentlər olmayıb".
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.