Putin üçtərəfli görüşdən sonra Təhlükəsizlik Şurasının iclasını keçirəcək

 16:57 26.11.2021     116

“Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirəcək”.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Bizim azərbaycanlı və erməni dostlarımızla dialoq başa çatandan sonra Prezident Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirəcək”, - deyə D.Peskov vurğulayıb.