Sercio Mattarella İlham Əliyevi təbrik etdi

 18:27 25.12.2021     533

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik məktubu ünvanlayıb.

Redaktor.az  xəbər verir ki, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da birgə səylərimizlə inkişaf edəcək.

Zati-aliləri Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və rifah arzulayıram".