“Azərbaycanla dostluq və qardaşlıq əbədi olacaq” - İran səfirliyi

 20:30 25.12.2021     549

“Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikası tərəfindən tanınmasından 30 il ötür”.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi tviter səhifəsində paylaşım edib.

“Bu hadisə iki dost, qardaş və qohum xalqın tarixində yeni səhifə oldu. Bu dostluq və qardaşlıq əbədi olacaq”, - tvitdə bildirilib.