“Sərhəddəki vəziyyət narahatlıq doğurur” - Putin

 18:49 27.12.2021     718

“Əfqanıstan-Tacikistan sərhədindəki vəziyyət həyəcan və narahatlıq doğurur”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin tacik həmkarı Emoməli Rəhmon ilə görüşündə deyib.

“Tacikistan bizim etibarlı tərəfdaşlarımızdan biridir. Biz bütün istiqamətlər üzrə münasibətlərimizi çox fəal olaraq inkişaf etdiririk. Bu, həmçinin təhlükəsizlik məsələlərinə də aiddir. İndi Əfqanıstan ilə sərhəddəki vəziyyət narahatlıq və həyəcan doğurur”, - deyə Putin qeyd edib.