İlham Əliyev MDB-nin sammitində iştirak edəcək

 10:05 28.12.2021     602

Bu gün Moskvanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.

Redaktor.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev də sammitdə iştirak edəcək.

Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevin də sırasında olduğu MDB liderləri ilə danışıqlar aparılacaq. Bildirilir ki, Azərbaycan və Ermənistan liderləri arasında ayrıca görüşün keçirilməsi planlaşdırılmır.

Qeyd edək ki, MDB liderlərinin qeyri-rəsmi görüşü ənənəvi olaraq Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ilin sonu keçirilir. Bu il görüşə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri dəvət olunub.