Rusiya XİN-dən Azərbaycanla Ermənistan sərhədinin delimitasiyası ilə bağlı AÇIQLAMA

 15:42 29.12.2021     368

Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko RİA “Novosti”yə açıqlamasında deyib.

O xatırladıb ki, noyabrın 26-da Soçidə Rusiya , Azərbaycan və Ermənistan liderləri Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması barədə razılığa gəliblər.