"Arayikin taleyi yaxın vaxtlarda həll olunacaq" - AÇIQLAMA

“Arayik Arutyunyanı qızışdıran Fransa və Rusiyanın müəyyən siyasi dairələridir. Lakin Ermənistanın köməyi olmadan Arayik çox da uzağa getməz”.
Bu sözləri Redaktor.az-a politoloq Qabil Hüseynli Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların rəhbəri Arayik Arutyunyanın son bəyanatını şərh edərkən bildirib.
O qeyd edib ki, ötən həftə Nikol Paşinyanın mətbuat konfransında söylədikləri Ermənistanın rəsmi mövqeyidir:
“Məlumdur ki, Ermənistanın dəstəyi olmasa heç Rusiya da Arayiki müdafiə edə bilməz. Ötən həftə Paşinyanın mətbuat konfransında ifadə etdiyi mövqeyi sübut edir ki, Arayik Arutyunyan artıq məğlubiyyətə düçar olmuş fiqurdur. Yəqin ki, yaxın vaxtlarda onun taleyi həll olunacaq”- deyə Qabil Hüseynli bildirib.
Şəbnəm MEHDİZADƏ