Azərbaycan BMT-nin bu qətnaməsini dəstəklədi

 09:49 03.01.2022     561

Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin tvitterdəki rəsmi hesabındakı paylaşımda bildirilir.

“Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının Sədri qismində dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvəndləməni təmin etmək üçün qlobal səylərdə aparıcı rolunu davam etdirəcək", - deyə qeyd olunur.