Çavuşoğlu Blinkenlə Qafqazı müzakirə etdi

 23:02 03.01.2022     5391

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında baş tutan telefon danışığında Qafqazda baş verən proseslər müzakirə olunub.

Bu barədə Redaktor.az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, danışıqlarda yaxın günlərdə keçiriləcək NATO və ATƏT toplantılarından əvvəl Rusiya-Ukrayna gərginliyi, Türkiyə-ABŞ ikitərəfli münasibətləri, xüsusilə strateji mexanizmin aktivləşdirilməsi diqqət mərkəzində olub. Ölkə rəsmiləri habelə Sudan, Efiopiya və Qafqazda baş verən proseslər müzakirə ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən