"Birləşmiş Ştatlar Qazaxıstan hakimiyyətini təmkinli olmağa çağırır" - Psaki

 23:28 05.01.2022     2309

“Qazaxıstanda baş verən etirazlarda ABŞ-ın əli olması ilə bağlı iddialar ağılsızlıq və yalandır”.

Redaktor.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə deyib.

O, bildirib ki, Qazaxıstanda baş verənlərin arxasında ABŞ-ın dayandığına dair Rusiyanın bir sıra ağılsız bəyanatlarını eşidirlər: “Bunun tamamilə yalan olduğunu və standart Rusiya dezinformasiya təlimatlarının bir hissəsi olduğunu vurğulayacağam. Biz bunu son illərdə çox görmüşük”.

Psaki, həmçinin bildirib ki, Ağ Ev Qazaxıstanda etiraz aksiyaları ilə bağlı xəbərləri izləyir:
“Birləşmiş Ştatlar Qazaxıstan hakimiyyətini təmkinli olmağa, etirazçıları isə öz tələblərini dinc yolla bildirməyə çağırır”.