Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

 09:24 10.01.2022     281

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

Redaktor.az xəbər verir ki, başsağlığında deyilir:

"10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq".