NATO-Rusiya Şurasının iclası keçirilir

 14:07 12.01.2022     99

Brüsseldə NATO-Rusiya Şurasının iclası başlayıb.

Redaktor.az xəbər verir ki, iclasda Avropanın təhlükəsizliyi, Ukrayna və onun ətrafındakı vəziyyət və digər aktual məsələlər müzakirə olunacaq.Görüşdən sonra NATO-nun baş katibi Yens Stoltenberq brifinqi keçirəcək.

NATO-Rusiya Şurasının iclasında Moskvanı xarici işlər nazirinin müavini Aleksandr Qruşko və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil edir.