Səfir Britaniya Kraliçasına hədiyyə olunan Qarabağ atı ilə bağlı paylaşım etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp "Twitter" hesabında Qarabağ atları ilə bağlı paylaşım edib.
Redaktor.az xəbər verir ki, paylaşımda deyilir:
“Bu il Kraliça II Yelizaveta taxtda olmasının 70 illiyini qeyd edir. Kraliçanın atlara olan sevgisi hamıya məlumdur. Ona verilən hədiyyələr arasında 1956-cı ildə Zaman adlı məşhur Qarabağ atı da var. Qarabağ atları dəfələrlə Kral Vindzor At Şousunda çıxış ediblər”.

