Sahibə Qafarova Avropa Parlamentinin sədrinin vəfatı ilə bağlı başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin sədri David Sassolinin vəfatı ilə bağlı başsağlığı verib.
Redakor.az xəbər verir ki, parlamentin sədri bu barədə “Twitter”də paylaşım edib.
“David Sassolinin vəfatı məni çox kədərləndirdi. Onun ailəsinə və Avropa Parlamentinə başsağlığı verirəm”, - S.Qafarova qeyd edib.