Azərbaycan Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü dəstəkləyir

 12:31 14.01.2022     235

“Bu gün Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü keçiriləcək. Azərbaycan bunu indiki mərhələdə dəstəkləyir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev rəhbərlik etdiyi qurumda Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli mediaya verdiyi müsahibəsi zamanı səsləndirilmiş əsas fikirlərə dair açıq müzakirələrdə deyib.

“Ermənistanın indiki siyasəti üçüncü dövlətlər tərəfindən müəyyən olunur. Bəzi dövlətlər Azərbaycan və Ermənistan arasında, o cümlədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını istəmirlər”, - o vurğulayıb.