"Sərhədlərin delimitasiyası Qarabağda sülh məsələsinə aid deyil" - Lavrov

 14:50 14.01.2022     521

"Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunmayıb. Sərhəddə vaxtaşırı gərginlik baş verir. Bakı ilə İrəvan arasında fikir ayrılıqları var. Rusiya razılaşdırılmamış məsələləri delimitasiya üzrə rəsmi komissiya çərçivəsində həll etməyi təklif edir".

Redaktor.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasının Qarabağda sülh bəyanatına aidiyyatı yoxdur:

“Bunun Qarabağ bölgəsinə və sülh məsələsinə aidiyyatı yoxdur, bu, sırf ikitərəfli məsələdir, biz artıq bir ilə yaxındır ki, bunun üçün demarkasiya və delimitasiya komissiyası yaratmaqla onun üzərində işləməyə başlamağı təklif edirik” - deyə Lavrov bildirib.

O əlavə edib ki, Moskva Azərbaycan və Ermənistan arasında sərhədin tezliklə delimitasiyasının tərəfdardır.

Nuranə Tofiqli