İlham Əliyev Zelenskini Azərbaycana səfərə dəvət etdi

 16:55 14.01.2022     267

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskini Azərbaycana səfərə dəvət edib.

Redaktor.az-ın xəbərinə görə, dövlət başçısı dəvətini yanvarın 14-də Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata birgə bəyanatlarla çıxış edərkən çatdırıb.

“Fürsətdən istifadə edərək sizi Bakıya səfərə dəvət edirəm”, - Azərbaycan Prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində bu gün ikitərəfli 6 sənəd imzalanıb.