“Bizim bu səfərdən gözləntilərimiz çoxdur” - Aleksa Beçiç

 23:36 16.01.2022     283

“Bu, mənim Azərbaycana ilk səfərimdir. Azərbaycana gəldiyim üçün çox məmnunam. İnanıram ki, əlaqələrimiz mütəmadi şəkildə inkişaf edəcək. Azərbaycan-Monteneqro əlaqələri parlamentlər səviyyəsində də inkişaf edir".

Redaktor.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Monteneqro parlamentinin sədri Aleksa Beçiç deyib.

“Bu əlaqələrin bir çox digər istiqamətlərdə də inkişafı üçün imkanlar var. Ölkələrimiz arasında əlaqələr yeni qurulsa da, inanırıq ki, bu münasibətlər daha da inkişaf edəcək. Bizim bu səfərdən gözləntilərimiz çoxdur”, - deyə Aleksa Beçiç bildirib.