Baş nazir Monteneqro parlamentinin sədrini qəbul etdi

 19:14 17.01.2022     315

Bu gün Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.

Nazirlər Kabinetindən Redaktor.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Həmçinin Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.