“Azərbaycanla mehriban qonşuluq münasibətlərimiz ola bilər”

 22:13 17.01.2022     660

“Hesab edirəm ki, qonşumuz Azərbaycanla mehriban qonşuluq münasibətlərinin olması mümkündür”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Xaçatur Sukiasyan deyib. Onun sözlərinə görə, dünyanın bir çox qonşu ölkələri bir-birinin ümumi daxili məhsulunun kifayət qədər böyük həcminə malikdir.

“Əgər biz qonşularımızla ümumi daxili məhsulun yüksək faizinə sahib ola bilsək, bu, münasibətləri yaxşılaşdırmaq üçün yaxşı vasitə olacaq. Biz Azərbaycanla olan bu düşmənçiliyi övladlarımıza, gələcək nəsillərimizə ötürməyəcəyik. Atışmalar olanda onların da qurbanları olur, sivil olmaq lazımdır”, - X.Sukiasyan qeyd edib.