Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verdi

 11:42 20.01.2022     220

“Qardaş Azərbaycanın tarixində azadlıq yolunda ən ağrılı xatirələrdən biri olan 20 Yanvar şəhidlərini rəhmət və ehtiramla yad edirəm”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına verdiyi başsağlığında bildirilir.

Bununla bağlı o, özünün “Twitter” hesabından paylaşım edib.

“Bir millət, bir ürək, bir can, Türkiyə-Azərbaycan”, - deyə Türkiyənin xarici siyasət qurumunun rəhbəri sözlərini yekunlaşdırıb.