“20 Yanvar qırğının günahkarları mütləq cəzalandırılmalıdır” - Ukraynalı deputatlar

 15:56 20.01.2022     292

Ukrayna Ali Radasının (parlament) deputatları Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının günahkarlarının cəzalandırılmasını tələb edirlər.

Qanunverici orqanın “Səs”(“Qolos”) Partiyasından deputatı Yaroslav Yurçişin bildirib ki, pis halların cəzasız qalması onun yenidən təkrarlanmasına səbəb ola bilər:

“Ona görə də istər Azərbaycanda 1990-cı il yanvarın 20-də, istərsə də başqa respublikalarda Sovet İttifaqının cinayətlərinin təşəbbüskarlarının araşdırılması və heç olmasa qiyabi hökmlərin çıxarılması çox vacibdir. Biz yaxşı bilirik ki, Rusiya bu araşdırmalara mane olacaq. Amma həqiqi müstəqil dövlətlərin qurulması, qanunun aliliyi və demokratiya ədalətə çağırır. Bu səbəbdən Ukraynada bir neçə ildir ki, 1932-1933-cü illərdə Qolodomorun təşəbbüskarlarına qarşı cinayət işi aparılır. Həm Ukrayna, həm də Azərbaycan nümayiş etdirirlər ki, sovet totalitarizminin qaytarılması qeyri-mümkündür. Onun xalqlarımıza gətirdiyi şər isə öz cəzasını almalıdır”, - Y.Yurçişin vurğulayıb.(report)