Lavrov Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması istiqamətlərini  AÇIQLADI

 13:23 21.01.2022     541

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanmasında irəliləyiş, eləcə də regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında mühüm irəliləyişlərə səbəb olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ermənistan-Azərbaycan arasında münasibətlərin tənzimləməsi məsələsində Rusiyanın 2022-ci ildə qarşısına hansı vəzifələr qoyması ilə bağlı suala cavab olaraq, o qeyd edib ki,  Rusiya Ermənistan və Azərbaycan liderlərinin bəyanatlarında əksini tapan üçtərəfli sazişlərin tam icrası zərurətindən çıxış edir.

Nuranə