"Genişmiqyaslı müharibə heç bir tərəfə qələbə gətirə bilməz” - Hikmət Məmmədov

 09:49 22.01.2022     860

Ukrayna ilə Rusiya arasında mövcud gərginlik yavaş-yavaş pik həddə çatır. Artıq dünya mətbuatında müharibəyə sayılı günlərin qaldığı yazılır. Bəs görəsən həqiqətən də tərəflər arasındakı gərginlik müharibə ilə nəticələnəcəkmi? Əgər müharibə baş verərsə, bu, sonradan nüvə müharibəsinə çevrilə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Hikmət Məmmədov cavablandırıb. O bildirib ki, müharibə ən son və kritik qərar kimi nəzərdən keçirilə bilər:

“Hazırda beynəlxalq münasibətlər sistemində güc balansı elədir ki, baş verəcək hər hansı mümkün müharibənin dayandırılmasını və ya müharibənin hansı nəticələrə gətirib çxıaracağını heç kim əvvəlcədən proqnoz edə bilmir. Müasir müharibə vasitələri olduqca dağıdıcı və nəticəsi bilinməyən hadisələrə gətirib çıxara bilir. Tərəflər də bunun fərqindədir. Hazırda daha çox mövqelərin və qətiyyətlərin dəqiqləşdirilməsi prosesi gedir. Müharibə ehtimalı hazırda real deyil. Əgər isti toqquşmalar olacaqsa belə, bunlar lokal xarakter daşıyacaq. Genişmiqyaslı müharibə heç bir halda heç bir tərəfə üstünlük və qələbə gətirə bilməz. Əslində hazırki mərhələdə biz daha çox yeni beynəlxalq dünya nizamında yeni qütblərin yaranmasının şahidi oluruq. Burada daha çox istifadə olunan hibrid, diplomatik və informasiya savaşıdır. Real müstəvidə müharibə tərəflərin heç biri üçün arzuolunan deyil. Ona görə də indidən müharibənin olacağını proqnoz vermək düzgün olmaz”.

Şəbnəm Mehdizadə

Vumart və Güvən reklamı Vumart Güvən