İran, Azərbaycan və Türkiyə təmsilçiləri Tehranda görüşəcək
Yaxın gələcəkdə İran, Azərbaycan və Türkiyə təmsilçilərinin Tehranda görüşü keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Görüşdə regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.












