Qərbi azərbaycanlılara status verilsin - Deputatdan təklif
Milli Məclisdə Qərbi azərbaycanlıların statusu ilə bağlı qanun layihəsinin müzakirəsi təklif olunub.
Redaktor.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Əziz Ələkbərli parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, bu məsələnin həllini tapması çox vacibdir:
“Hesab edirəm ki, məsələ ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsi də dinləmə keçirməlidir”.












