"Ermənistanla danışıqlarda 2025-ci ilə qədər ciddi irəliləyiş gözlənilmir" - Politoloq

 17:21 01.02.2022     1545

Bu günlərdə Gəncə şəhərinə səfəri zamanı AZƏRTAC-a müsahibə verən Prezident İlham Əliyev öz müsahibəsində bəzi məqamlara toxunub.

Dövlət başçısı bildirib ki, Erməni faşizmi hələ də yaşayır:
"Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm baş qaldırır. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Biz bundan sonra da çalışacağıq ki, erməni faşizminin bütün təzahürlərini yer üzündən silək və buna gücümüz çatır. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik. Ancaq heç kim qarantiya verə bilməz ki, yenə də baş qaldırmayacaqlar. Heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir".

Maraqlıdır, dövlət başçısı bu çıxışı ilə qarşı tərəfə hansı mesajları yolladı? Yeni müharibə təhülkəsi gözlənilirmi?

Mövzu ilə barədə Redaktor.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, tarix boyu hər bir dövlət üçün müharibə ehtimalı olub:
"Hazırda Cənubi Qafqaz kimi çox çətin geosiyasi proseslə davam etməkdədir. Bizim erməni kimi təcavüzkar qonşumuz var. Biz hər zaman hərbi əməliyyatlara hazır olmalıyıq. Tam qalibiyyətdən 50-100 il keçsə belə, biz nəyəsə arxayın ola bilmərik. Təsadüfi deyil ki, 10 noyabr bəyanatının imzalanmasından dərhal sonra Türkiyə ilə Azərbaycan arasında ciddi şəkildə hərbi təlimlər davam edir. Eyni zamanda Türkiyə, Azərbaycan, Pakistanla hərbi əməkdaşlıq davam etməkdədir. Azərbaycan ordusunda komandos hərbi birləşmələrinin qurulması, ordumuzun Türkiyə standartlarına cavab verilməsi istiqamətində mühüm islahatlar, Müdafiə Naziriliyində kadr islahatları ordu quruculuğundan xəbər verir. Nəticə etibarilə Azərbaycan ordusunun Türkiyə ordusuna inteqrasiyasının şahidi olacağıq. Təbii, Şuşa bəyannaməsinin imzalanması o deməkdir ki, gələcəkdə digər ölkələrdən ola biləcək təhülkələrini qarşısının alınması üçün Bakı-Ankara birliyindən istifadə edəcəyik”.

Z.Mammədlinin sözlərinə görə, Prezidentin Gəncə səfəri zamanı Ermənistan rəhbərlərinə ismarıcları onu göstərir ki, “Hayastan”da hakimiyyətin kimdə olmasından asılı olmayaraq yeni reallığı qəbul etməlidirlər:
"Cəld şəkildə sülh müqaviləsinin imzalanması, demarkasiya və delimitasiya ilə bağlı digər işlərə start verilməlidir. Ermənistan və onun havadarları sülh prosesini yubatmaqla məşğuldur. Bu birmənalı belədir. 2025-ci ilə qədər ciddi irəliləyişin olması gözlənilmir. Nəqliyyat-kommunikasiya məsələləri ilə bağlı bəzi ölkələrin fikir ayrılıqları var. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın nəqliyyat və kommuniasiya vasitələrinin açılmasına tərəfdar kimi çıxış edir. Hər bir halda Azərbaycanın Ermənistana və onun arxasında duran qüvvələrə verdiyi mesaj ondan ibarətdir ki, bu təcavüzkar dövlətin güclənməsinə imkan verməyəcəyik. Biz qoymayacağıq ki, Ermənistanda revanşizm meylləri daha da genişlənsin. Azərbaycan dövləti digər tarixi torpaqlarında da tarixi ədaləti bərpa edəcək. Biz xalq olaraq bir, həmrəy olmağa davam edəcəyik. Vahid ideoloji yanaşma ilə gələcək qalibiyyətlərimizə doğru addımlayacağıq”.

Şəbnəm Mehdizadə

 

Vumart və Güvən reklamı Vumart Güvən