Zakir Həsənov Hülusi Akarla regional təhlükəsizliyi müzakirə etdi - YENİLƏNİB

 17:51 01.02.2022     3437

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 1-də qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdən əvvəl təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib, dövlət himnləri səsləndirilib.

General-polkovnik Z.Həsənov şərəf kitabını imzalayıb.

Daha sonra nümayəndə heyətlərinin də iştirakı ilə görüş olub.

İşgüzar görüşlərdə regional təhlükəsizlik, eləcə də Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Türkiyəli nazir qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib. H.Akar qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

General-polkovnik Z.Həsənov da öz növbəsində Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın Müdafiə naziri iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi  hərbi əməkdaşlığa da müstəsna  təsirini  xüsusi vurğulayıb.

Birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyətinə toxunan tərəflər bu cür tədbirlərin mütəmadi keçirilməsinin  vacibliyini qeyd ediblər.

Görüşlərdə vurğulanıb ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə hərbi əməkdaşlığı daha da genişləndirir.

Bu, regiondakı sabitliyi təmin edən əsas amillərdəndir.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

 

***

Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdədir.

Redaktor.az xəbər verir ki, Azərbaycan hərbi nümayəndə heyəti bu gün səhər saatlarında “Anıtqəbir” memorialını ziyarət edib, Mustafa Kamal Atatürkün mavzoleyinə əklil dəstəsi qoyub.

Daha sonra Z.Həsənov xatirə kitabına ürək sözlərini yazıb: “Atatürkün xatirəsini hər zaman qəlbimizdə yad edirik. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!”.

Bundan sonra Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında görüş başlayıb. Görüşdə iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlıqla yanaşı, regional məsələlər də müzakirə ediləcək.

22222222222
Vumart və Güvən reklamı Vumart Güvən