"Dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq" - Azərbaycan XİN

 13:26 06.02.2022     514

Azərbaycan Xarici İşlər Nazirliyi Ukrayna ilə diplomatik əlaqələrin qurulmasının 30 iliyi münasibəti ilə “Tvitter”də paylaşım edib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan XİN-nin paylaşımında bildirilib ki, bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

“Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!, - paylaşımda qeyd edilib.

Azərbaycan XİN: “Ukrayna ilə strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini gözləyirik”

Vumart və Güvən reklamı Vumart Güvən