"Yaxşı vəziyyətdə deyiləm" - Deputat koronavirusa yoluxdu

 17:21 07.02.2022     987

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə deputat özü feysbuk hesabında paylaşım edib. O bildirib ki, ötən həftə COVİD-19 virusuna yoluxub:

“Nəzərinizə çatdırıram ki, keçən həftədən koronavirusa yoluxmuşam. Xeyli zənglər gəlir və telefonu da söndürmək istəmirəm. Çünki, müalicə ilə bağlı zənglər də olur, təxirəsalınmaz köməyə ehtiyacı olanlarla da danışmalı oluram. Amma, çox çətindir belə. Hərçənd ki, özüm yaxşı vəziyyətdə deyiləm. Bunun üçün də xahiş edirəm ki, şikayətlər, məktublar, müsahibə və açıqlamalarla bağlı köməkçi Vuqar Suleymanov, Ehtiram Mehdiyev və partiyanın mətbuat xidməti ilə əlaqə yaradın. Anlayışınız üçün təşəkkür edirəm. Ümid edirəm ki, gələn həftədən iş rejimimi bərpa edə biləcəm” - deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə

 

Vumart və Güvən reklamı Vumart Güvən