Heydər Əliyevin həmsədrlərə sərt iradları: "Onu ərə verək" - VİDEO

 00:43 13.02.2022     1136

Azərbaycan Televiziyasının efirində yayımlanan “Jurnalist araşdırması” verilişində Ulu Öndər Heydər Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlərdə narazılıqları əks olunan nadir kadrlar yayımlanıb.

Heydər Əliyev həmin kadrlarda ATƏT-in Minsk qrupunun həmsədrlərinə sərt iradlarını bildirir. 2001-ci ilin noyabrın 4-də baş tutmuş belə söhbətlərin birində H.Əliyev bildirib: 

“Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin 13 yaşı var, ATƏT-in Minsk Qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçib, məsələ həll olunmayıb. Bir az da ləngisək, ATƏT-in Minsk qrupu böyük bir oğlan olacaq. Onu gərək evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Bu, daha tez ola bilər”. 

Redaktor.az həmin görüntüləri təqdim edir:

Vumart və Güvən reklamı Vumart Güvən