Pənah Hüseyn koronavirusa yoluxub? - AÇIQLAMA
“Yüngül xəstəlik keçirirəm. Belə görünür ki, bir müddət evdə qalmalı olacam".
Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn özünün feysbuk hesabında yazıb.
Partiya sədrinin koronavirusa yoluxub-yoluxmadığını öyrənmək üçün onun özü ilə əlaqə saxladıq. P.Hüseyn bildirdi ki, COVID-19 testi verməyib:
"Koronavirusa yoluxduğumu deyə bilmərəm. Çünki hələlik test verməmişəm. Amma müəyyən bənzər əlamətlər var. Qərara gəldim ki, 3 gün ərzində özümü təcrid edim. Hələlik yüngül əlamətlər müşahidə edirəm. 3 gün gözləyəcəm, ola bilsin ki, keçdi”.
Şəbnəm Mehdizadə












