Azərbaycanlı deputatlar İrəvana gedəcək

 12:43 17.02.2022     689

Fevralın 21-22-də İrəvanda Avronest Parlament Assambleyasının Bürosu və Komissiyasının iclasları keçiriləcək.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

İclaslarda Şərq Tərəfdaşlığı və Avropa Parlamentinin, eləcə də Azərbaycan, Ukrayna və Gürcüstan parlamentlərinin deputatları iştirak edəcək.

Qeyd edək ki, Avronest Parlament Assambleyasının təsis aktı 2011-ci il mayın 3-də Brüsseldə imzalanıb.

T.İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən