Prezident bu ölkə ilə viza rejimini ləğv etdi

 15:39 18.02.2022     642

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.

Sərəncamla “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış saziş təsdiq edilib.

Vumart və Güvən reklamı Vumart Güvən