"Xalqa qarşı olan bu cür xain hərəkətlər öz layiqli cavablarını almalıdır” - PA-nın şöbə müdiri

 18:17 19.02.2022     641

“Ümumiyyətlə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda savadlı, peşəkar və sağlam yeni nəslin formalaşmasına xidmət edən önəmli təşəbbüslərlə daim çıxış edir. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərinin həll edilməsi, zəngin mədəniyyətimizin, multikulturalizm ənənələrimizin təbliğ olunması, müxtəlif istiqamətlərdə yeni layihələrin reallaşdırılması ilə bağlı önəmli addımlar atır. Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı olan Mehriban xanım Əliyeva bütün varlığı və əzmkar fəaliyyəti ilə dövlətçiliyimizin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Yeni Azərbaycan Partiyasının bu gün keçirilən müşavirəsində bildirib.

YAP-ın ideoloji fəaliyyəti və bu fəaliyyətin strateji istiqamətlərindən söz açan şöbə müdiri qeyd edib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və milli həmrəyliyin qorunması istiqamətində aparılan təbliğat işlərinin mərkəzində 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər durmalıdır.

“İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan Ermənistanı məğlub etdi və işğala son qoydu. Əldə olunmuş Qələbənin nəticəsində Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır” – kimi fikri səsləndirmiş Administrasiyanın rəsmisi xüsusi olaraq vurğulamışdır ki, “Azərbaycan xalqının tarixinə yazılmış bu Böyük Qələbə ilə bağlı qərəzli və məkrli informasiya manipulyasiyalarının qarşısı alınmalı, habelə xalqa qarşı olan bu cür xain hərəkətlər öz layiqli cavablarını almalıdır”, - deyə Ə.Vəliyev bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən