İrəvanda deputatlarımıza qarşı daha bir TƏXRİBAT- VİDEO
Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir. Aksiya AVRONEST-in iclasının keçirildiyi binanın qarşısında başlayıb. Azərbaycanlı deputatların İrəvana gəlməsini qəbullana bilməyən erməni radikallar Avropa nümayəndələrinə də öz etirazlarını bildiriblər.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Etirazçılar müxtəlif şüarlar səsləndiriblər, lakin polis onlara müdaxilə etməyib.
Qeyd edək ki, bu gün Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçirilir. Tədbirdə ölkəmizi Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov təmsil edir.












