"Ümid edirik, Ermənistan imzalanmış sazişlərin bəndlərini icra edəcək" - İlham Əliyev

 16:24 22.02.2022     347

“Rusiya Ermənistanla münasibətlərin normallaşmasında çox mühüm, hətta deyərdim ki, aparıcı rol oynayır”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

“Biz bu rolu çox yüksək qiymətləndiririk və ümid edirik ki, Ermənistan tərəfi də bizim kimi imzalanmış sazişlərin bəndlərini icra edəcək”, - dövlət başçısı bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən