Azərbaycan və Rusiya Prezidentləri "Moskva Bəyannaməsi"ni şampanla QEYD ETDİLƏR- VİDEO

 21:57 22.02.2022     916

Xəbər verdiyimiz kimi, fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.

İmzalanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.

Redaktor.az "sputnik"ə istinadla xəbər verir ki, danışıqların rəsmi hissəsindən sonra ölkə liderləri məsafə saxlayaraq əllərində şampan stəkanı ilə söhbət ediblər.

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini qrafik və epidemioloji vəziyyət imkan verən kimi Bakıya səfərə dəvət edib.

"Bir daha təşəkkür edirəm. Cədvəl və pandemiya imkan verən kimi sizi Bakıda gözləyirik. Çox şad olarıq", - Prezident deyib.

 

Vumart və Güvən reklamı Vumart Güvən