"Rusiyanın “İldırımsürətli müharibə” planı iflasa uğradı" - AÇIQLAMA
“Rusiyanın “İldırımsürətli müharibə” planı və ya Kiyev və Odessaya qədər ərazilərin tutulması planı indidən iflasa uğrayıb. Ukrayna ordusu düşmənin irəliləməsinin qarşısını ala biləcək”.
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.
O bildirib ki, Ukrayna rus ordusunun irəliləməsinə imkan verməyəcək:
“Rusiyanın dediyinə inansaq, məhdud sayda quru qoşunlarının qüvvələri Donetskə daxil olub. Ukrayna tərəfi isə bildirir ki, Rusiya ordusu həm Donetsk, həm də Ukrayna istiqamətində hərəkətə keçib. Artıq Ukrayna ordusu ilə ilkin toqquşmalar baş verib. Hələlik əsas əməliyyatları separatçılar aparır. Rusiyanın hərbi hava qüvvələrinin təyyarələri Ukraynanın müxtəlif mövqeləri üzərində kəşfiyyat uçuşları aparır və zərbə endirməyin xəritəsini cızır. Ukrayna tərəfi bildirir ki, Donetsk və Luqansk istiqamətində bir neçə Ukrayna aeordromlarına Rusiya təyyarələri raket və bomba zərbələri endirib. Ukrayna ordusunun öz hava möqvelərini ciddi surətdə qorunduğu bəyan edilib. Bu gün BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna ilə bağlı məsələ müzakirə ediləcək. Avropa və ABŞ Rusiyaya qarşı sanksiyalarını davam etdirir. Həmçinin, bu gün Rusiya müdafiə naziri Sergey Şoyquya qarşı da sanksiyaların tətbiq edildiyi barədə məlumatlar yayılır. Hesab edirəm ki, Rusiyanın “İldırımsürətli müharibə” planı və ya Kiyev və Odessaya qədər ərazilərin tutulması planı indidən iflasa uğrayıb. Ukrayna ordusu düşmənin irəliləməsinin qarşısını ala biləcək”.
Şəbnəm Mehdizadə












