"Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır" - Səfir

 14:57 24.02.2022     431

“Hazırda Azərbaycanın Ukraynadfakı səfirliyi tam heyətlə iş başındadır. Şəxsən özüm də iş yerindəyəm.”

Redaktor.az xəbər verir ki, bu sözləri Ukraynada səfiri Elmira Axundova bildirib.

Səfir deyib ki, vəziyyət tam nəzarət altındadır: “Azərbaycanın konsulluğu tam gücü ilə işləyir, Azərbaycana getmək istəyən vətəndaşlar müraciət edə bilərlər. Pasportunun vaxtı keçmiş və ya pasportu ilə bağlı digər problemi olanlar da müraciət edə bilərlər. Hazırda Ukraynadakı azərbaycanlılar üçün ən təhlükəsiz şərait öz qaldığı evdən çıxmamaqdır. Çünki bütün yollar bağlanılıb, ölkədən çıxış mümkün deyil. Ölkədə vəziyyət təhlükəlidir. Bizim özümüzün də, yəni diplomatların təxliyəsi hələlik həyata keçirilmir. Əgər təxliyə mümkün olarsa, 3-4 diplomat qalıb işləyəcək, qalan diplomatların ailələri hansı ki, onlar, təqribən, 40 nəfərdir, Ukraynadan çıxarılması yollarını arayırıq. Eyni zamanda, hazırda Azərbaycandan Xarkovda kurs keçən 17 fövqəladə hallar əməkdaşı ilə yanaşı, Ukraynadakı Azərbaycan vətəndaşlarının da təxliyəsini mümkün olan kimi edəcəyik. Amma hələlik bu barədə düşünürük. Çünki hələ məlum deyil, onları hansı yolla ölkədən çıxara bilərik”.

Vumart və Güvən reklamı Vumart Güvən